adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Yanvar 2019 15:26
12966
DÜNYA
A- A+

Nazir: Türkiyə S-400 məsələsində ABŞ-ın təzyiqinə əhəmiyyət verməyəcək

Türkiyə Rusiya istehsallı S-400 zenit-raket komplekslərinin alışı məsələsində ABŞ-ın təzyiqinə əhəmiyyət verməyəcək.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Nazir qeyd edib: "Bizim S-400-lərin tədarükü haqqında imzalanmış sazişimiz var və bizə verilən sözü unutmadıq. ABŞ ilə də "Patriot" zenit-raket kompekslərinin alışı ilə bağlı razılığa gələ bilərik. Əgər S-400-lərdən imtina etmək şərti olmasa, razılaşma əldə olunacaq".