bahis siteleri bahis siteleri deneme bonusu canlı bahis Adalet.az | DSX-nin bu yeni silah və avadanlıqları ilk dəfə nümayiş etdirildi- FOTOLAR Adalet.az | DSX-nin bu yeni silah və avadanlıqları ilk dəfə nümayiş etdirildi- FOTOLAR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / TEXNOLOGİYA

DSX-nin bu yeni silah və avadanlıqları ilk dəfə nümayiş etdirildi- FOTOLAR

10299    |   2019-01-10 14:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi bazasına səfəri zamanı Xidmətin istifadəsinə yeni daxil olan silah və texnikaların bəzilərinin təqdimatı keçirilib.

"AzeriDefence”nin məlumatına görə, yeni silah sistemlərindən diqqət çəkəni İsrailin "Elbit Systems” şirkətinin istehsalı olan "Sky Striker” kamikadze-PUA ("gəzən sursat”) olub.

2016-cı ildə yaradılmış "Sky Striker” kamikadze PUA 5 və ya 10 kq döyüş başlığı daşıya bilir. Elektrik mühərrikə sahib "Sky Striker” səssiz uçuşu ilə xarici analoqlarından fərqlənir. PUA-nın uçuş sürəti 185 km/saat, havada qalma müddəti 2 saatdır. Kamikadze PUA hədəfə 300 knt sürətlə şığıyaraq parrtlayışla məhv edir.

SKY STRİKER

Azərbaycan DSX "Sky Striker”in ilk xarici operatorudur.

Qeyd edək ki, hazırda DSX həm də İsrailin İAİ şirkətinin istehsalı olan "Harop” kamikadze-PUA-lara sahibdir. "Harop” kamikadze-PUA 2016-cı ilin aprel ayında baş vermiş 5 günlük müharibədə istifadə olunub. Təqdimatda "Harop” da nümayiş etdirilib.

Harop

DSX son illərdə istifadəyə qəbul etdiyi bəzi atıcı silahları da nümayiş etdirib. Bunların arasında AR-15 tipli 7.62×39 mm çaplı patronlardan atəş açan avtomatlar fotoda əks olunub. Avtomatlar Azərbaycanın "Palladium Defence and Security Solutions” şirkətinin istehsalı olan "Grey Wolf” adlı səsboğucularla və FLİR termal nişangahları ilə dəstləşdirilib.

FLİR termal nişangahlarla dəstləşdirilmiş AR-15 tipli avtomatlar və Chey Tac .408 snayper tüfəngi

Fotoda DSX-nin silahlanmasında yer alan Chey Tac .408 snayper tüfəngi də görüntülənib. Qeyd edək ki, Chey Tac .408 dünyanın ən dəqiq snayper tüfənglərindən hesab edilir. Adıçəkilən snayper tüfəngi postsovet məkanında Azərbaycan, Gürcüstan, Ukrayna və Qazaxıstanın silahlanmasındadır.

DSX tərəfindən həmçinin yeni istifadəyə qəbul edilən genişlənən konteyner tipli kazarma kompleksi də ilk dəfə nümayiş etdirilib. Bu konteynerlər nəqliyyat vasitələrinin üzərində, yaxud yük helikopterlərinin xarici asmasında istənilən əraziyə nəql edilərək, qısa müddətdə açılıb qurula bilir. Konteyner kazarmalar yaşayış üçün zəruri olan hər cür şəraitə (istilik, havalandırma, elektrik, sanitar qovşaq və s.) malikdir.

Hərbi bazada DSX Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində hazırlanmış "Milli Boat” layihəli itisürətli katerlərin də təqdimatı olub. "Milli Boat” layihəsi üzrə hazırlanan katerlərin 4 versiyası mövcuddur. Bunlar 35, 28, 17 və 14 metr uzunluğa malik itisürətli katerlərdir. Katerlərin sürəti 70 düyün təşkil edir və hazırda Xəzər dənizində bu sürətə malik üzmə vasitəsi mövcud deyil.

Milli Boat layihəli katerlərin maketləri

Fotolardan göründüyü qədər DSX-nin birləşmələri Dransanın "Safran” və İsrailin "Elbit Systems” şirkətinin istehsalı olan elektro-optik müşahidə və nəzarət sistemlərinə də malikdir. Bu müşahidə sistemlərinin bəziləri bir neçə həftə əvvəl media tərəfindən Qazaxda Ermənistanla dövlət sərhədinin mühafizəsində görüntülənib.

Ekspertlərin fikrincə, DSX uzaq mənzilli, yüksək dəqiqliyə və effektivliyə malik yeni nəsil silah və müşahidə-nəzarət sistemlərinə daha çox önəm verir. Bütün bunlar düşməni döyüşə girməzdən öncə məhv etməyə, öz növbəsində şəxsi heyət arasında itkiləri minimum səviyyəyə endirməyə hesablanıb. Yeni nəsil müharibələrin strategiyasına uyğun olaraq DSX-nin snayperlərin hazırlanmasına xüsusi diqqət yetirdiyi də aydın olur.




İmza:
SON XƏBƏRLƏR
2019-06-19
2019-06-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK