adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 Yanvar 2019 12:39
26697
TEXNOLOGİYA
A- A+

DSX yeni kamikadze PUA-nı təqdim etdi – SKY STRİKER

Azərbaycanın Dövlət Sərhəd Xidməti İsrailin "Elbit Systems” şirkətindən "Sky Striker” kamikadze pilotsuz uçuş aparatları (PUA) alıb.

"AzeriDefence”nin məlumatına görə, bu gün Prezident İlham Əliyevin DSX-nin hərbi bazasına səfəri zamanı Xidmətin istifadəsinə yeni daxil olan silah və texnikalar təqdim olunub. Təqdimatı keçirilən yeni silah sistemləri arasında "Sky Striker” ilk dəfə nümayiş etdirilib.

2016-cı ildə yaradılmış "Sky Striker” kamikadze PUA 5 və ya 10 kq döyüş başlığı daşıya bilir. Elektrik mühərrikə sahib "Sky Striker” səssiz uçuşu ilə xarici analoqlarından fərqlənir. PUA-nın uçuş sürəti 185 km/saat, havada qalma müddəti 2 saatdır. Kamikadze PUA hədəfə 300 knt sürətlə şığıyaraq partlayışla məhv edir.

Azərbaycan DSX "Sky Striker”in ilk xarici operatorudur.

Qeyd edək ki, hazırda DSX-nin silahlanmasında İsrailin İAİ şirkətinin istehsalı olan "Harop” kamikadze-PUA-lara sahibdir. "Harop” kamikadze-PUA 2016-cı ilin aprel ayında baş vermiş 5 günlük müharibədə istifadə olunub.