Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | Qoymayın! Telekanallar milləti qırıb qurtarır – Emin Çölaşan Adalet.az | Qoymayın! Telekanallar milləti qırıb qurtarır – Emin Çölaşan Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Qoymayın! Telekanallar milləti qırıb qurtarır – Emin Çölaşan

3743    |   2019-01-13 11:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əziz oxucularım, Türkiyədə həddindən artıq əcaib şeylər baş verir. Ağıl və məntiqlə, siyasət və insanlıqla açıqlanması mümkün olmayan şeylər!

Toplumun vacib bir hissəsi yolunu azıb.

Köhnə adət-ənənələrimiz, dəyərlərimiz bir-bir yox edilir, bəziləri onları gülərək, həyəcanla və maraqla izləyir.

Bəzi telekanalları desəniz, onlar da yollarını yaman azıblar.

Ağıla sığmayan verilişləri gündüzlər ekranlarda izləyirik.

***

Yadınıza yaxın keçmişdə sərgilənən evləndirmə verilişlərini salın. Hamısı düz-qoş olunmuş, qurama idi. Qadınlı-kişili bir sürü işsiz-gücsüz "artist” yığılır, "məşhur” olmaq xəyalıyla ekranlara çıxarılır və cürbəcür rəzalət o verilişlərdə sərgilənirdi.

İnsanların əksəriyyəti də o verilişləri ciddi-ciddi və hətta bəyənərək izləyirdi.

Verilişdə iştirak edənlərin otel və yemək xərcləri həmin telekanallar tərəfindən ödənilir, üstəlik pul da verilir və türk toplumu sərgilənən bu rəzalətlə rəsmən aldadılırdı.

Hadisənin üstünə dəfələrlə getdim, türk media tarixinin ən böyük saxtakarlığını ifşa etdim. Nəticədə o verilişlər bağlandı.

Amma nə qəribədir, evləndirmə verilişlərinin aparıcısı olan və olmayan qadınlar indi də cürbəcür kanallarda görünür. Bəziləri qadın, bəziləri də yemək verilişlərində.

Bunların adına bütövlükdə "Ailə verilişləri” deyilir.

***

Sözü gedən verilişlərdə nə axtarsanız var. Toplumun necə korlandığını, savadsızlıq, çarəsizlik və cəhalətin nəticəsi olaraq insanların başına nələr gəldiyini görürük. Əgər sıxılmadan və utanmadan izləyə biliriksə!

Ər-arvad davaları.

Qaynana-gəlin müharibəsi.

Şiddətə məruz qalan evli qadınlar və uşaqlar.

Övladını atıb gedən analar, evlilikdən kənar uşaq sahibi olan azyaşlı qızlar.

Falçılar və cadügarlar.

Ailə içində və çölündə hər cür vəhşət və işgəncə.

Havada uçuşan yalanlar, böhtanlar və qarşılıqlı təhqirlər.

Bir-birini günahkar çıxaran ailə üzvləri.

Aparıcılar tərəfindən hamının gözü önündə açıqlanan atalıq (DNT) testləri. Kimin atası kim, kimin əli kimin şeyində!

Və saxta göz yaşları, ard-arda yalanlar, qarşılıqlı günahlandırmalar.

***

Verilişlər canlı yayımlanır.

İştirakçılara və şikayətçilərə baxanda ilk fərqinə vardığımız şey bu insanların savadsız, aciz və cahil təbəqədən olduqlarıdır.

Studiyalar tamaşaçılarla dolu!

İnsanlar biabır olur.

Hər kanalın professional alqışçıları var.

Onların işi aparıcını alqışlamaqdır.

Demək olar ki, hamısı işsiz-gücsüz və orta yaşlı qadınlardır.


Dilimizə çevirən Eminquey


İmza:

YAZARIN ARXİVİ

2019-01-20 : QAN YADDAŞIMIZ
2019-01-17 : AY Bəniz Əliyar
2019-01-17 : Oqtay RZA
2019-01-17 : GÖZƏL YAZIÇI
2019-01-17 : QAN YADDAŞIMIZ
2019-01-16 : SƏRT ADAM
2019-01-16 : İki hekayə
2019-01-15 : "YAMAQ OLMAYAQ"
2019-01-12 : Talesiz arzu
2019-01-11 : "Qoz prokuror"
2019-01-11 : GÜNAHIN RƏNGİ
2019-01-10 : "Qoz prokuror"
2019-01-10 : "SARI GƏLİN"
2019-01-09 : ƏBÜLFƏZ ÜLVİ
2019-01-07 : Otuziki eli
2019-01-04 : Otuziki eli
2019-01-04 : Seyran CAVADOV
2019-01-04 : Otuziki eli
2019-01-04 : NAMUS
2018-12-29 : İsmayıl Xanlar
SON XƏBƏRLƏR
2019-01-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK