adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Qoymayın! Telekanallar milləti qırıb qurtarır – Emin Çölaşan

8928 | 2019-01-13 11:28

Əzizoxucularım, Türkiyədə həddindən artıq əcaib şeylər baş verir. Ağıl və məntiqlə,siyasət və insanlıqla açıqlanması mümkün olmayan şeylər!

Toplumunvacib bir hissəsi yolunu azıb.

Köhnə adət-ənənələrimiz,dəyərlərimiz bir-bir yox edilir, bəziləri onları gülərək, həyəcanla və maraqlaizləyir.

Bəzitelekanalları desəniz, onlar da yollarını yaman azıblar.

Ağılasığmayan verilişləri gündüzlər ekranlarda izləyirik.

***

Yadınıza yaxınkeçmişdə sərgilənən evləndirmə verilişlərini salın. Hamısı düz-qoş olunmuş,qurama idi. Qadınlı-kişili bir sürü işsiz-gücsüz "artist” yığılır, "məşhur”olmaq xəyalıyla ekranlara çıxarılır və cürbəcür rəzalət o verilişlərdə sərgilənirdi.

İnsanların əksəriyyətidə o verilişləri ciddi-ciddi və hətta bəyənərək izləyirdi.

Verilişdəiştirak edənlərin otel və yemək xərcləri həmin telekanallar tərəfindən ödənilir,üstəlik pul da verilir və türk toplumu sərgilənən bu rəzalətlə rəsmənaldadılırdı.

Hadisəninüstünə dəfələrlə getdim, türk media tarixinin ən böyük saxtakarlığını ifşaetdim. Nəticədə o verilişlər bağlandı.

Amma nə qəribədir,evləndirmə verilişlərinin aparıcısı olan və olmayan qadınlar indi də cürbəcürkanallarda görünür. Bəziləri qadın, bəziləri də yemək verilişlərində.

Bunlarınadına bütövlükdə "Ailə verilişləri” deyilir.

***

Sözü gedənverilişlərdə nə axtarsanız var. Toplumun necə korlandığını, savadsızlıq, çarəsizlikvə cəhalətin nəticəsi olaraq insanların başına nələr gəldiyini görürük. Əgərsıxılmadan və utanmadan izləyə biliriksə!

Ər-arvaddavaları.

Qaynana-gəlinmüharibəsi.

Şiddətə məruzqalan evli qadınlar və uşaqlar.

Övladınıatıb gedən analar, evlilikdən kənar uşaq sahibi olan azyaşlı qızlar.

Falçılar vəcadügarlar.

Ailə içindəvə çölündə hər cür vəhşət və işgəncə.

Havadauçuşan yalanlar, böhtanlar və qarşılıqlı təhqirlər.

Bir-birinigünahkar çıxaran ailə üzvləri.

Aparıcılar tərəfindənhamının gözü önündə açıqlanan atalıq (DNT) testləri. Kimin atası kim, kimin əlikimin şeyində!

Və saxta gözyaşları, ard-arda yalanlar, qarşılıqlı günahlandırmalar.

***

Verilişlərcanlı yayımlanır.

İştirakçılaravə şikayətçilərə baxanda ilk fərqinə vardığımız şey bu insanların savadsız,aciz və cahil təbəqədən olduqlarıdır.

Studiyalartamaşaçılarla dolu!

İnsanlarbiabır olur.

Hər kanalınprofessional alqışçıları var.

Onların işiaparıcını alqışlamaqdır.

Demək olarki, hamısı işsiz-gücsüz və orta yaşlı qadınlardır.


Dilimizə çevirən Eminquey

TƏQVİM / ARXİV