adalet.az header logo
  • Bakı 20°C
10 Yanvar 2019 11:58
12517
DÜNYA
A- A+

Almaniya aeroportlarında TƏTİL - Yüzlərlə reys təxirə salınıb

Almaniyanın bir neçə hava limanında təhlükəsizlik xidməti əməkdaşlarının tətili ilə əlaqədar yüzlərlə aviareys təxirə salınıb.

Trend-in məlumatına görə, tətillər Ştutqart, Düsseldorf və Köln aeroportlarında başlayıb.

Qeyd olunur ki, Düsseldorfda 350, Kölndə 130 reys təxirə salınıb. Ştutqartda isə 500-ə yaxın reysin ləngiyəcəyi bildirilir.

Bildirilir ki, tətil bu gün gecəyarısınadək davam edəcək və ümumilikdə 110 minə yaxın sərnişinə təsir edəcək.

Tətil keçirən təhlükəsizlik əməkdaşlarının tələbi əməkhaqqının artırılmasıdır.