“Mehman Hüseynovun mayor rütbəli qardaşı var” – Hüquq müdafiəçisindən şok açıqlama
Ədliyyə naziri yanında İctimai Komitənin üzvü, hüquq müdafiəçisi Sahib Məmmədov Teleqraf.com-a müsahibə verib.
Adalet.az həmin müsahibəni təqdim edir:
Bundan əvvəl də belə hal olub. Kanal 13-ün icraçı direktoru Əziz Orucov tutulanda nə addım atırdıqsa, Avropada yaşayan qardaşı alqışlayırdı, təşəkkür edirdi, pozitiv reaksiya verirdi. Çünki məqsədi doğrudan da onun azad olunması idi. Amma Emin Hüseynov dəhşətli dərəcədə həyəcanlanıb və ucdantutma hamını təhqir edir ki, uşağı aldadıblar.
4 nəfərlik yerdə 3 nəfər saxlanılır, yoldaşları ondan razı idi, o da kamera yoldaşlarından razılıq elədi. Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə görüşdən çıxanda Mehman Hüseynovla rastlaşdıq, təcridxana hissəsində deyil, inzibati hissədə konfrans zalında çay süfrəsi arxasında oturduq, saat yarıma yaxın söhbət elədik. Tutulandan bəri onunla rəftar, səhhəti barədə detallı məlumat verdi. Aclığı dayandırmaqla bağlı ərizəsi ilə tanış olduq, akt tərtib olunmuşdu, orada imzasını gördük, atasının ərizəsi vardı, onunla tanış olduq, özü elan elədi ki, quru yeməklər yeməyə cəhd edib (deyəsən, dolma dedi), amma sonra mədəmsində ağırlıq hiss edib. Dedi ki, indi əsasən diyetik yeməklər – kəsmik, qatıq, yoqurt yeyir, süd içir. Söylədi ki, əsas qida rasionu bunlardan ibarətdir. Mən də təklif elədim ki, bal da qat, dedi, atam bal da gətirib, yeyərəm. Səmimi söhbətimiz oldu. Vəkili orada deyildi deyə ona konstitusion hüquqlarını izah elədim. Özü bunu istədi. Mən çox yerə gedəndə məhkumlarla foto çəkdirirəm, amma yaymıram, dedim sənin ixtiyarın var ki, şəklinin yayılmasına, haqqında hansısa informasiyanın verilməsinə qadağa qoyasan, nə desən, onu edəcəyik. Dedi ki, nə məlumat və foto varsa, yaya bilərsiniz, heç bir problem yoxdur, bir istəyim var, o da azad olunmağımla bağlıdır.
O, özünə qarşı qaldırılmış ittihamla razı deyil, özünü təqsirsiz hesab edir. Əsas istəyi o idi, biz də onu çatdırdıq. Bəs niyə bəzi tərəflər həyəcanlandı, biz onu bilmirik. Görünən odur ki, kimlərsə Mehmanın səhhətinin yaxşı yox, əksinə, pis olmasını istəyir. Onun yazıq atası gedir rəhbərliklə görüşür, soruşurlar, ağsaqqal, nə problem var, nə edək, deyir hər şey yaxşıdır, bircə balamın azad olmasını istəyirəm. Qayıdıb gələndən sonra Emin ona təzyiq göstərir, durub deyir ki, qismən yeyir, süd içir və sair. Aclıq ayrı şeydir, diyet ayrı şey. Emin dünən deyir ki, o, qismən aclıq edir. Qismən aclığın da öz xüsusiyyətləri var, o da elan olunmalı, ayrı yerə yerləşdirilməlidir. Mehman öz kamerasında oturub ərizəsini yazıb ki, aclıq etmirəm. Qardaşı da bizi söyür ki, onu tovlayıblar, yalan danışıb. Bunlar qeyri-ciddi söhbətlərdir, axı əlimizdə sübutlar var, açıb ortaya tökə bilmərik, Mehmanın maraqlarına zidd olan heç nə etmirik.
Onu ortaya qoysaq, başqa şər-böhtan fikirləşəcək. Sevinc Osmanqızını başa düşdüm, onun üçün Mehmanın vəziyyətinin ağır olması daha yaxşıdır. Ay Emin, axı o, sənin qardaşındır...
Əslində biz Mehmanın maraqları naminə getmişdik, başqa fikrimiz yox idi. İri dövlətlər Azərbaycanda yaratdıqları "5-ci kolon”u hərəkətə gətirir və məsələni gündəmdən çıxarmırlar. Amma iri dövlətlərdə baş verənləri heç kim qınamır, çünki bütün dünyaya təzyiq edən onlardır. Onlar gündəmi formalaşdırır, agent şəbəkəsini işə salır. Onlara qarşı kim bunu edəcək ki? Özünü siyasi partiya adlandıran qurumlar, yalançı jurnalistlər, bloggerlər anti-Azərbaycan şəbəkəsində birləşiblər. Mehmanın vəziyyəti pis olsa, Allah eləməsin, başına bir iş gəlsə, onlar üçün lap əla olacaq. Məni təsirləndirən əsas qardaşının hərəkəti oldu.