warez script warez forum sanal santral orkide hacklink al Musa Yıldırım Musa Yıldırım Shell indir Adalet.az | Azərbaycan səfirliyinə şübhəli bağlama göndərildi - İşə polis qarışıb Adalet.az | Azərbaycan səfirliyinə şübhəli bağlama göndərildi - İşə polis qarışıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Azərbaycan səfirliyinə şübhəli bağlama göndərildi - İşə polis qarışıb

3190    |   2019-01-10 11:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın Avstraliyadakı səfirliyinə göndərilən şübhəli bağlama hüquq-mühafizə orqanlarına təhvil verilib.

Adalet.az AzərTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə Agentliyin müxbirinə bildirib.

E.Həbibzadə qeyd edib ki, şübhəli bağlama yanvarın 9-da səfirliyə daxil olub. Onun üzərində göndərildiyi ünvan və şəxsin adının göstərilməməsi şübhə doğurub. Yanvarın 8-də Avstraliya Xarici İşlər və Ticarət Departamentindən daxil olan xəbərdarlıq nəzərə alınaraq, dərhal polislə əlaqə yaradılıb. Yanvarın 10-da səhər saatlarında səfirliyə gələn polis əməkdaşları bağlamanı təhvil alıblar.

Müvəqqəti işlər vəkili əlavə edib ki, hazırda səfirliyin fəaliyyəti üçün heç bir təhlükə yoxdur və diplomatik heyət işini müvafiq qaydada davam etdirir.

Xəbər verdiyimiz kimi, yanvarın 10-da Avstraliya Federal Polisi bu ölkədəki diplomatik missiyalara təhlükəli bağlamalar göndərən şəxsin həbsi barədə məlumat yayıb. Məlumatda qeyd edilir ki, Avstraliyanın cənub-şərqində yerləşən Şepparton şəhərində yaşayan 48 yaşlı kişi təhlükəli bağlamaların göndərilməsində şübhəli bilinərək həbs olunub. Hazırda bağlamaların tərkibi məhkəmə-tibb ekspertizası tərəfindən yoxlanılır.

Həmin şəxs yanvarın 10-da Melburnun magistr məhkəməsi qarşısında cavab verəcək. O, bir sıra ölkələrin Melburn, Kanberra və Sidneydə yerləşən səfirlik və konsulluqlarına 38 şübhəli bağlama göndərib. Günahı təsdiq olunacağı təqdirdə bu şəxsi 10 ilədək azadlıqdan məhrum edilmə cəzası gözləyir.



İmza:

Prezident daha bir publik hüquqi şəxs yaratdı

Ermənistana keçən Azərbaycan vətəndaşı ilə bağlı daha bir rəsmi məlumat

Vasif Talıbov 7 nəfəri əfv etdi

DTX-nin İctimai əlaqələr şöbəsi KİV nümayəndələrini Novruz bayramı münasibətilə təbrik edir

AŞPA-nın rəsmi saytı “Azərbaycan ədəbiyyatı antologiyası”ndan yazdı

Prezident və xanımı Novruz şənliyində - YENİLƏNİB 2

General iki oğlu şəhid olan ailəyə baş çəkdi - FOTO

Təmas xəttində yeni hərbi hissə istifadəyə verildi - General açılışda

Baş prokurordan yeni TƏYİNAT

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanda yenilənmiş 10 manatlıq pul nişanı dövriyyəyə buraxılıb

KİVDF Müşahidə Şurası fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini təsdiq edib

SON XƏBƏRLƏR
2019-03-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.57%)
Yox (21.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK