Əbülfət MƏDƏTOĞLU: QOPUB DÜŞƏCƏK
Bir saralmış yarpaqdı -
mehdən qopub düşəcək...
Üstündə puçurlanan -
şehdən qopub düşəcək...
Nəm baxışdan üzülüb
neçə yerdən süzülüb...
Dodaq kimi büzülüb -
" Eh!"- dən qopub düşəcək...
Həyat özü anlatdı-
mən piyada , an atlı!..
Ömür özü an adlı -
behdən qopub düşəcək...