adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
10 Yanvar 2019 10:21
5000
HADİSƏ
A- A+

Belarusda iki qızı qətlə yetirən şəxs GÜLLƏLƏNƏCƏK

Belarusun Moqilyovski vilayət məhkəməsi 2019-cu ildə ilk ölüm hökmü barədə qərar çıxarıb.

Adalet.az "Azərtac”a istinadən xəbər verir ki, ölüm hökmü iki nəfəri amansızcasına qətlə yetirən şəxs barəsindədir.

Qərara görə, ölüm hökmü çıxarılan şəxs güllələnəcək.

Qatil içkili vəziyyətdə mübahisə zəminində iki qızı qətlə yetirib. Qızlardan birinə çəkiclə 77 dəfə zərbə vuran qatil, ikincisini 16 bıçaq zərbəsi ilə öldürüb.

Qeyd edək ki, Belarus Avropada və MDB ölkələrində ölüm cəzasının tətbiq olunduğu yeganə ölkədir. Ancaq 2000-ci ildən bəri Belarus məhkəmələri tərəfindən verilən ölüm hökmləri tədricən azaldılır.