Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | Enerji içkiləri ilə bağlı xəbərdarlıq - VİDEO Adalet.az | Enerji içkiləri ilə bağlı xəbərdarlıq - VİDEO Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Enerji içkiləri ilə bağlı xəbərdarlıq - VİDEO

3707    |   2019-01-10 10:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dözümlülük, fiziki gücü və diqqəti gücləndirən içki kimi reklam edilən enerji içkiləri, əslində insanın təbii enerjisini alır. Adalet.az "Xəzər xəbər”ə istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi xəbərdarlıq edib.

Qurumun tərkibində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nümayəndəsi Aysel Cəlilova bildirir ki, gün ərzində normadan artıq enerji içkisi qəbul etmək olmaz. Bu, orqanizmdə kofein miqdarını artırması səbəbindən olduqca təhlükəlidir.

Aysel Cəlilova deyir ki, enerji içkilərinin tərkibinə əlavə edilən kofeinin miqdarı insan sağlamlığına təhlükə yarada bilməyəcək səviyyədə olmalıdır. Bununla belə, 18 yaşına çatmamış yeniyetmələr, hamilə qadınlar, süd verən analar, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkənlər belə içkilərdən uzaq durmalıdırlar. Digər tərəfdən istehlakçıların enerji içkiləri alarkən bəzi məqamlara diqqət yetirməsi də vacib şərtlərdəndir.

Qeyd edək ki, artıq bəzi ölkələrdə enerji içkilərinin satışı, istifadəsi və reklamına qarşı müəyyən məhdudiyyətlər tətbiq edilib.





İmza:
SON XƏBƏRLƏR
2019-01-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK