Əbülfət MƏDƏTOĞLU: HAVALI ŞEİR
Şəhər yatır - işıqlar
pərən - pərən ... dağınıq...
Ömrün bax bu anında -
işıqlardan yaxınıq -
bizə -ÜRƏYİMİZƏ!
Yuxu görən uzaqda
uzaq görən yerində...
Həsədi var bu anda -
göyün də , lap yerin də -
bizə -ÜRƏYİMİZƏ!
Səs işıqdan qaçaraq
dua çatdırır göyə...
Ay sanki dil açaraq -
gülür, xoşbəxtsiz deyə -
bizə - ÜRƏYİMİZƏ!
Gecənin bu çağın da
Tanrım da yerə ensin...
Kimin nə var ağlın da -
eşq duası tək desin -
bizə - ÜRƏYİMİZƏ1