Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | Elçin Quliyev iranlı komandanla görüşdü - Sərhəddə Adalet.az | Elçin Quliyev iranlı komandanla görüşdü - Sərhəddə Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Elçin Quliyev iranlı komandanla görüşdü - Sərhəddə

3693    |   2019-01-09 17:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin və İranın Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayinin rəhbərliyi altında nümayəndə heyət­lərinin işçi görüşü keçirilib.

DSX-nin Mətbuat Mərkəzindən Adalet.az-a verilən məlumata görə, iki ölkənin generalları İranın Biləsuvar şə­hə­rində bir araya gəlib.

Tərəflər 2018-ci ilin dekabrın 11-də Bakı şəhərində Azərbaycan və İran sərhəd qurumları rəhbərlərinin görüşü zamanı əldə olunan razılaşmaların icra­sını nəzərdən keçirib, sərhəd təhlükəsizliyinin təminatı məsələləri, dövlət sər­hə­dindən bu­ra­xılış məntəqələrində şəxslər, nəqliyyat vasitələri və yüklər üzərin­də etibarlı sərhəd nəzarətinin təşkil edilməsi, transsərhəd cinayətkarlığın təza­hürləri, o cüm­lədən narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, qaçaqmalçılıq, beynəl­xalq terrorçuluq, qeyri-leqal miqrasiya və digər təhdidlərlə mübarizə sa­hə­sində sər­­həd mühafizə orqanları qarşısında duran tapşırıqlara dair fikir müba­diləsi aparıb, qarşılıqlı əlaqələndirmənin və əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəru­ri­­li­yini vurğulayıblar.
Azərbaycan və İran iştirak etdiyi beynəlxalq əhəmiyyətli nəqliyyat layihələri çərçivəsində sərhəd infrastruk­turu­nun təkmilləşdirilməsi, sərhəd nəzarəti prosedurlarının sürətləndirilməsi məq­sə­dilə həyata keçirilən tədbirlər nəticəsində "Astara” və "Biləsuvar” dövlət sərhə­dindən buraxılış məntəqələrinin 24 saatlıq iş rejiminə keçirilməsinin əhəmiyyəti vurğulanıb, bununla yanaşı, "Astara dəmir yolu” dövlət sərhədindən buraxılış məntəqəsinin tam həcmdə fəaliyyət göstərməsi, Astara çayı üzərindən yeni avtomobil körpüsünün və piyada keçidinin tikintisi üzrə işlərin aparılması üçün hər iki tərəfdən zəruri tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.

Görüşdə sərhəd mühafizəsi sahəsində məlumat mübadiləsinin aparılması, birgə tədbirlərin təşkili və maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın inkişaf etdiril­məsi məqsədilə bilavasitə dövlət sərhədində və dövlət sərhədindən bura­xılış məntəqələrində görüşlərin davam etdirilməsi barədə razılıq əldə edilib.



İmza:

Səməd Seyidov yenidən AŞ PA-nın vitse-prezidenti seçildi

AŞPA-nın sədri seçildi

AŞPA üzvlərinin 2019-cu il üçün səlahiyyətləri təsdiq edildi

60 ölkənin dövlət başçısı Davos Forumuna toplaşır

“Onların Qarabağ mitinqində iştirak etməməsini qınayırıq” - Akif Nağının mövqeyinə münasibət

Deputat: "Mehman Hüseynov məsələsi sadəcə bir bəhanədir, əsl məqsəd..."

Respublika Partiyası: Paşinyan hoqqabazdır

"Əgər mən Rusiya prezidentinin kabinetində otursaydım..."

Akif Nağı : "Qarabağ ən böyük siyasi məhbusdur"

Zimbabve Prezidentinin Azərbaycan səfəri başa çatdı

Dövlət qulluqçuların səlahiyyət müddəti məhdudlaşdırılacaq - Qanun layihəsi hazırlanır

Səfir: Türkiyə xalqı 20 Yanvar faciəsini böyük kədər hissi ilə xatırlayır

SON XƏBƏRLƏR
2019-01-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK