adalet.az header logo
  • Bakı 16°C
09 Yanvar 2019 16:43
8192
SİYASƏT
A- A+

XİN-dən Məmmədyarov və Mnatsakanyan görüşü barədə AÇIQLAMA

Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin mümkün görüşünü şərh edib.

Adalet.az-ın məlumatına görə XİN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında əldə edilmiş razılığa əsasən növbəti görüşün tarixi və yeri barədə məlumat zamanı gəldikdə açıqlanacaq.

Xatırladaq ki, ötən ay Milanda keçirilmiş ATƏT XİN Şurasının iclası zamanı tərəflər arasında 2019-cu ilin əvvəlində görüşün keçirilməsi barədə razılığın əldə olunduğu bildirilmişdi.