adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
09 Yanvar 2019 12:46
11511
KRİMİNAL
A- A+

Gürcüstandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun idxal nəzarət xəttinə Gürcüstan istiqamətindən daxil olan bu ölkə vətəndaşının idarə etdiyi "Mercedes-Benz 250D" markalı avtomobilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Adalet.az-a verilən məlumata görə, baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin arxa sağ qapısında, külqabının içərisində 2 ədəd bükümdə ümumi çəkisi 2 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.