Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | İş yerində qarşımıza çıxan 30 tip Adalet.az | İş yerində qarşımıza çıxan 30 tip Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

İş yerində qarşımıza çıxan 30 tip

7125    |   2019-01-10 19:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


İş yerlərində, ofislərdə tez-tez bu cür tiplərlə rastlaşırıq. Aşağı-yuxarı hər yerdə eyni mənzərədir. Biz bunu bəzən acı təəssüflə, bəzən təbəssümlə xatırlayırıq. Deyirik ki, o vaxt bir yerdə işləyirdim, orda belə-belə adamlar vardı. Yaxşıları və pisləri yaddaşımızda saxlayır və daha çox təcrübə toplayırıq. Növbəti iş yerlərində artıq özümüz üçün immunitet hazırlayırıq, kimlə necə davranmaq lazımdı, kimi sevmək, kimdən uzaq durmaq lazımdı, hamısını öz içimizdə yerbəyer eləyirik və bu təcrübəylə işimizə, həyatımıza davam edirik.

Ancaq bu dünyada elə şeylər var ki, onlardan qaçış yoxdur. Hara getsən də, gəlib düz qarşında dayanacaq. Zaman keçdikcə ətrafını, insanları dəyişmək istəyi yaranacaq içində. Birdən ayılacaqsan ki, ey dadi-bidad, əslində nəyisə düzəltmək gərəksizdir, çünki sən heç özünü dəyişdirə bilməmisən. Aynada özünə baxıb görəcəksən: sən də onlar kimisən. Sən də kiminsə gözündə hansısa rəfə qoyulmuş kitabsan.

Ona görə də bu yazıda – işdə rastımıza çıxan tiplər – hər kəs özünü tapacaq. Hərənin alnına bir yazı yazıldığı kimi, xarakter də hərə də bir cürdür. Biz sizə iş yerlərindəki xarakterik obrazları təqdim edib aradan çəkilirik.

1) Xeyrə-şərə yarayanlar– Onlar sevimli tiplərdir. Ad günləri, bayramlarda yığıncaq təşkil eləməkdə Nobel mükafatı ala bilərlər. Yenə o kafelər olardı, yenə yığışaraq biz...

2) Qaradinməzlər– Dindirməsən dinməzlər, heç bir qrupa qarışmazlar, iş saatlarını sakit keçirər, nahar fasiləsində heç kimlə danışmazlar. Onlar tənhalığı sevərlər.

3) Dedi-qoduçular– Kim işə gec gəldi, kim kimə nə söz dedi. Ürəklərini boşaltmasalar rahat işləyə bilməzlər.

4) Çuğul– Təhlükəlidirlər, üzərlərinə "Danger” yazılıb. Yaxınlaşmayın, ehtiyatlı olun.

5) Yola verənlər– Onları düşündürən əsas sual budur: "Nə edək ki, iş vaxtını boşa keçirək?”

6) Kiminsə qohumu– Adı var, özü yox. Onların işini də bir başqası görər.

7) Boşboğazlar– Hamı başını aşağı salıb işini görən vaxt gəlib lazımsız mövzular açıb saatlara danışmağı sevərlər.

8) Bədbinlər– Heç nə yaxşı olmayacaq. Hər yer kədərə bürünüb. Bu iş də, iş yoldaşları da insanı sevindirməyə bəs eləmir.

9) Mənasızcasına şən olanlar– Nahar vaxtı gəlir, sevinərlər. Maaş verilir, sevinərlər. Kiminsə nişan şokoladı gəlir, sevinərlər. Onlar hər şeyə sevinərlər.

10) Telefonu otaqda qoyub çölə çıxanlar– Bu telefonu kim götürəcək? Doğmamı olacaq, yadmı olacaq?

11) İşə gecikənlər– Qatara çata bilməyib, yuxudan gec durub. Həmişə içində bir bəhanə ilə işə tələsər.

12) Daim icazə istəyənlər– Yas düşüb, orda iştirak etməlidir. Bir tədbir var, mütləq getməlidir. Onların icazəsiz bir günü yox, bir saatı keçməz.

13) Evi işə gətirənlər– İş yeri onun gözündə həmişə doğmadır. Yoldaşlarını da evə gələn qonaqlar kimi qarşılayır.

14) Diyet saxlayanlar –Hamı yağlı yeməklər yeyərkən o kədərlə kartof soyutmasını qarşısına qoyub dərindən köks ötürər.

15) Müti– İş saatı bir saat artırılır, hamı narazıdır, o isə xoş xəbər kimi qarşılayar bunu. Maaşlar azalıbsa yəqin bir problem var. İş yoldaşları müdirin gözünə görünmək istəməz, o isə elə hey işgüzar görünüşlə müdirin hüzuruna çıxar.

16) İş vaxtını Facebookda keçirənlər– Vaxt keçmir, bekarçılıqdır, heç kim iş tapşırmır. Çarə Facebookdur.

17) Aşiq tiplər– Birlikdə nahara gedərlər, qabları birlikdə yuyarlar, çaylarını birlikdə içərlər. Onlar iş yerini aşiqlər şəhərinə çevirərlər.

18) Öz otağından çox başqa otaqlarda gəzənlər– Niyyətləri pis deyil, heç kimi işindən eləmək istəməzlər. Sadəcə o qədər səmimi, o qədər sosialdırlar ki, yalnız öz otaqlarındakı iş yoldaşları ilə kifayətlənməzlər.

19) Qıcıq– Onlar hər yerdə var. Qabağına çıxdı, yolunu dəyiş.

20) Plan quranlar– Axşam işdən çıxanda harda oturacağıq? Maaş gələndə bir qonaqlıq təşkil etməli...

21) Hər şeyi bilənlər– Dişin ağrıyır, imdadına çatır. Hansısa işini aşırmaq istəyirsən, məsləhətlər verir. Onların bilmədiyi şeyə qurd düşər.

22) Qarabəxt– Müdirin gözünə girənlər. Həmişə danlanmaq onların payına düşər.

23) Köhnə iş yerlərindən danışanlar – Onlar keçmişin dəlisidirlər. Bir vaxtlar yaxşı yerlərdə işləyiblərmiş, yaxşı maaşlar verilirmiş. O zaman pulun pul, Allahın Allah zamanıymış.

24) Müdirin tanışları – Bəzən işçilərdən tez gələrlər iş yerlərinə. Müdir tanışlarıdır, ondan pul qopararlar. Sonra gediş-gəliş artar, zamanla bütün işçilərdə qardaş olar. Axşam qonaqlıqlarında iştirak edər, bəzən özünü müdir kimi aparar. Bəlkə o da hardasa müdirdir.

25) Qonaqlar – Onlar üçün iş yerləri dostlarla görüşmək üçün ən rahat məkanlardı. "Nə vaxt çıxırsan?”, "Keçən dəfə bilirsən nə oldu?”. Səhər gəlib axşam dostu ilə bir çıxar. O biri işçilər də yavaş-yavaş ona alışarlar.

26) Mız qoyanlar – Nə oldusa, deyinərlər. Maaş gecikir, burunları yerləri sürünür. Kimsə qapını bir az bərk örtdü, dodaqaltı mızıldanarlar. Hər şey onlar üçün mız qoymağa bəhanədir.

27) Narazı müdir – Heç vaxt işçisini tərifləməz. Həmişə onun gördüyü işdə bir nöqsan tapar. Nöqsan tapa bilməyəndə başqa bir qəmbərqulu çıxar: qan qaraltmaq üçün xüsusi istedada sahibdirlər.

28) Sevimli müdir – Onlar işçilərlə dost kimidir. İş yeri onlar üçün ya tələbəliyi xatırladar, ya da əsgərliyi. Hamı bir nəfər üçün, bir nəfər də hamı üçün. Qardaşcasına, dostcasına. Onların bir şüarı var: "İşləmək bir ağac kimi tək və hür və bir orman kimi qardaşcasına”.

29) İşdən gec çıxanlar – Kədərlidirlər. Nəsə işləri olduqlarını bəhanə edib gec çıxarlar işdən. Çünki gedəcək yerləri, görüşəcək kimsələri yoxdur. Onların həyatında yalnız iş yeri var.

30) Məşğul görünənlər – Ciddidirlər. Toxunsan qan düşər. Həmişə, hər zaman məşğuldurlar. Yemək yeyəndə də…

Ayxan Ayvaz




İmza:
SON XƏBƏRLƏR
2019-01-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK