XİN: Rusiya ABŞ qoşunlarının Suriyadan tamamilə çıxarılacağına şübhə edir
Rusiya və ABŞ yaxın vaxtlarda Suriya məsələsi ilə bağlı təmas quracaqlar.
Trend-in məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
O bildirib ki, tərəflər arasında digər məsələlər barədə də dialoq aparılır:
"Suriya mövzusunun müxtəlif aspektləri üzrə təmaslar dayandırılmayıb. Burada fövqəladə, sensasiya xarakterli bir şey yoxdur. Bu təmaslar heç də həmişə elan edilmir. Müxtəlif məsələlərlə bağlı əlaqə var və yaxın vaxtlarda digər mövzular üzrə də olacaq".
S.Ryabkov qeyd edib ki, Rusiya Birləşmiş Ştatların qoşunlarını Suriyadan tamamilə çıxaracağına şübhə edir.
Digər Xəbərlər
19 Aprel 2024 17:10
Qazaxın 4 kəndi bu tarixə qədər Azərbaycana geri qaytarılacaq
19 Aprel 2024 16:47İlham Əliyev gələn həftə Putinlə görüşəcək
19 Aprel 2024 16:16Lavrovdan sülhməramlıların fəaliyyətsizliyi ilə bağlı AÇIQLAMA
19 Aprel 2024 16:01İlham Əliyev Şoltsla Berlində GÖRÜŞƏCƏK
19 Aprel 2024 15:32