warez script warez forum sanal santral orkide hacklink al Musa Yıldırım Musa Yıldırım Shell indir Adalet.az | Təranə Səmədovaya bəraət verilmədi Adalet.az | Təranə Səmədovaya bəraət verilmədi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ŞOU-BİZNES

Təranə Səmədovaya bəraət verilmədi

5716    |   2019-01-09 11:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilərək həbs edilən tanınmış prodüser Təranə Səmədova barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Adalet.az-ın xəbərinə görə, vəkil Janna Bağırova Oxu.Az-a açıqlamasında deyib ki, iclasda qərar açıqlanıb və T. Səmədovaya bəraət verilməsi üçün verilən şikayət məhkəmə tərəfindən təmin edilməyib.

Birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb. Vəkil qərar verilməzdən əvvəl T. Səmədovanın məhkəmədə son söz söylədiyini vurğulayıb. Onun sözlərinə görə, T. Səmədova günahsız olduğunu, ona şər atıldığını qeyd edib.

Qeyd edək ki, T. Səmədova da barəsində bəraət çıxarılması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət etmişdi.

Xatırladaq ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə T. Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub.

İttihama görə, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb. İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.




İmza:
SON XƏBƏRLƏR
2019-03-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.57%)
Yox (21.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK