adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
09 Yanvar 2019 11:03
5018
SAĞLAMLIQ
A- A+

Azərbaycanda hər il 20-25 min nəfər şəkər xəstəliyinə tutulur

Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda243 226nəfər şəkərli diabet xəstəsi var.

Adalet.az "Report”a istinadən xəbər verir ki, bunu Respublika Endokrinoloji Mərkəzinin direktoruYusif İsmizadədeyib.

O bildirib ki, xəstələrdən53 401nəfəri insulin,36 963nəfəri həm insulin, həm də şəkərsalıcı həblər,152 862nəfəri isə həblər tələb edən xəstələrdir.

İnsulin tələb edən xəstələrin1600nəfərinin 18 yaşa qədər olan uşaqlar olduğunu deyən Y.İsmizadə əlavə edib ki, qeydiyyatda olan bütün şəkərli diabet xəstələri insulin və digər şəkərsalıcı dərman preparatları, özünənəzarət vasitələri ilə təmin edilib, bu xəstəlikdən əziyyət çəkən uşaqlara90ədəd insulin pompası verilib.

O qeyd edilib ki, şəkərli diabet xəstələrinin qeydiyyatı, dərman preparatları və özünənəzarət vasitələri ilə təminatının səmərəliləşdirilməsi üçün belə xəstələrin vahid registri yaradılıb: "Hər il 20-25 min yeni şəkərli diabet xəstəsi qeydiyyata alınır. Artıq Bakı şəhəri üzrə elektron registr və məlumat bazasının təkmilləşdirilməsi başa çatıb. Hazırda65 455şəkərli diabet xəstəsi elektron sağlamlıq kartı ilə təmin edilib. Regionlarda bu iş 2019-cu ilin 6 ayı ərzində yekunlaşacaq”.

Y.İsmizadə şəkərli diabet xəstəliyinin profilaktikası məqsədi ilə tibb müəssisələrində diabet təlim məktəblərinin yaradıldığını, bu şəbəkənin genişləndirildiyini, bu il daha 12 regionda belə məktəblərin fəaliyyətə başlamasının planlaşdırıldığını vurğulayıb.