adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
09 Yanvar 2019 10:37
8895
SİYASƏT
A- A+

Zimbabve Prezidenti Azərbaycana gələcək

Zimbabve Prezidenti Emmerson Mnanqaqwa Azərbaycana səfər etməyi planlaşdırır.

Bu barədə adıçəkilən ölkənin Prezidentinin mətbuat katibi Corc Çaramba məlumat verib.

Qeyd olunur ki, E.Mnanqaqva həmçinin Rusiya, Belarus və Qazaxıstana səfər edəcək, eləcə də Davosda keçiriləcək iqtisadi foruma qatılacaq.

"Azərbaycan və Qazaxıstan zəngin karbohidrogen ehtiyatına malik, sürətli inkişaf edən ölkələrdir. Bundan başqa, energetika və turizm baxımından maraqlı ölkələrdir", - C.Çaramba bildirib.

Prezidentin mətbuat katibi həmçinin bildirib ki, Zimbabve Azərbaycanla tütün sənayesi və tikinti sahəsində əməkdaşlığa ümid edir.