adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
08 Yanvar 2019 19:03
12774
DÜNYA
A- A+

Braziliya ABŞ-ın hərbi bazasına icazə verməyəcək

ABŞ-ın Braziliyada hərbi baza yaratmasına icazə vermək üçün heç bir səbəb və əsas yoxdur.

Adalet.az "Reuters”ə istinadən xəbər verir ki, bunu Braziliyanın müdafiə naziri, general Fernando Azevedo "Valor Economico”ya müsahibəsində deyib.

"Bu, mürəkkəb məsələdir və hələ ki onu prezident Bolsonaro ilə müzakirə etməmişəm. ABŞ-ın hərbi baza yerləşdirməsi məsələsi diqqətlə qiymətləndirilməlidir. Mən belə bir baza üçün səbəbin nə olduğunu anlaya bilmirəm”, - deyə müdafiə naziri vurğulayıb.

Qeyd edək ki, Braziliyanın yanvarın 1-dən vəzifə səlahiyyətlərinin icrasına başlayan yeni prezidenti Jair Bolsonaro hakimiyyətə gəlişinin üçüncü günündə bəyan etmişdi ki, Rusiyanın Venesuela üzərində təsirinin qarşısının alınması vasitəsi kimi ABŞ hərbi bazalarının Braziliyada yerləşdirilməsinə icazə verə bilər. Lakin yüksək vəzifəli mənbələrdən "Reuters”ə verilən məlumata görə, Braziliya hərbçiləri buna qarşı çıxırlar.