adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 Yanvar 2019 17:26
4337
GÜNDƏM
A- A+

Hesablama Palatasında kollegiya iclası – Nəticələr Milli Məclisə təqdim edildi

Hesablama Palatasının 2019-cu ildə keçirilən ilk Kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Analitik Arayış və Auditor Hesabatları müzakirə olunub.

Hesablama Palatasının mətbuat xidmətindən verilən məlumata görə, 4 qurumda yoxlamalar aparılıb.

- "Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna daxilolmaların hesablanılması, ödənilməsi və xərclərdən istifadə” mövzusunda təhlilə dair;

- Dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılan vəsaitlərin istifadəsinin auditinə dair;

- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin və Şöbənin məcburi dövlət sosial sığortası üzrə gəlirlərinin və xərclərinin icrasının auditinə dair;

- Dövlət büdcəsindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ayrılan vəsaitlərin istifadəsinin auditinə dair.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub.

Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisinə təqdim olunması qərara alınıb.

İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib.