Nicat NOVRUZOĞLU: BAKI-GƏNCƏ SÜRƏT QATARINA KÖLGƏ SALANLAR

NİCAT NOVRUZOĞLU
62529 | 2019-01-13 11:15

Ötən ilin sonunda ölkəmizdəbir ilk yaşandı. Dekabrın 30-da Bakı-Gəncə sürət qatarı yola çıxdı.İlk sərnişinləri də Milli Məclisin bir çoxdeputatı, Parlament Jurnalistləri Birliyinin üzvləri və ziyalılar oldu. Mən dədəvətliydim parlament jurnalisti kimi,amma çox təəssüf ki, övladımın səhhətindəproblem olduğuna görə bu ilk reysdəiştirak etmək mənə qismət olmadı.

Qələm dostlarımın sosial şəbəkələrdə paylaşdıqları şəkillərə baxdıqcadilxor olurdum ki, gərək bu səfərdən qalmayaydım.

Bəli, Azərbaycanda bir ilk yaşandı. Ümumiyyətlə, son illər dəmiryolu nəqliyyatında Sovet hökumətinin 70 ildə görmədiyi işlər görülüb. Ölkəmiz şərqlə qərbi, şimalla cənubu dəmiryoluvasitəsilə birləşdirib. Bu barədəçox yazılıb, çox deyilib, təkrar etmək istəmirəm.

Mən məsələnin bir başqa tərəfinə toxunmaq istəyirəm. Hadisə xalqımız tərəfindənsevinclə qarşılansa da, baxıram bəzi saytlarda,xüsusilə sosial şəbəkələrdə hardansa təlimat almış ayrı-ayrı qruplar belə birmühüm hadisənin üstünə kölgə salmağaçalışırlar. Bir qaralama kampaniyası aparırlar.

Ay nə bilim, Fransada sürət qatarısaatda 300 kilometr gedir, İsveçrədə neçə kilometr gedir, Yaponiyada saatda 500 kilometr. Olsun. Amma görən ilk dəfə həmin ölkələrdə sürət qatarı işə düşərkən elə birbaşamı saatda300-500 kilometr gediblər?

Belə bir ifadə var, Moskva birdən tikilməyib. 27 illik,sıfırdan başlayan müstəqilliyə qovuşan bir dövlətlə200-300 il dövlətçilik tarixi olan ölkələri müqayisə eləmək nə qədər düzgündü? Sürət qatarını müqayisə edirsiz, özünüzü də fransızla, yaponla,almanla müqayisə edirsinizmi?

Uzun illərdi elə qardaş Türkiyədə sürət qatarları fəaliyyətgöstərir, amma hələ normal bir vəziyyətə gəlib çatmayıblar. Biz də istəyirik ki, elə ilk gündən fransızlar və ya yaponlar kimi olaq. Yəqin ki, müəyyən zaman kəsiyindən sonra Bakı-Gəncə qatarı sürətini 160-200-ə qaldıracaq.

Bilet məsələsini qaldırırlar. Təyyarədə bir ekonom klass var, bir də biznesklass. Biznes klassın qiyməti ekonom klassdandörd dəfə bahadı. Bəzən hətta görürsən ki, biznes klass bomboşdu. Bütün dünyadakısürət qatarlarında da VİP-lər , biznes və ekonom klasslar var, yəni hər kəsin cibinə uyğun. Bakı-Gəncə qatarında daekonom klass 15 manatdı, baha deyil. 15 manatını ver üçsaat yarıma, dörd saata ol Gəncədə. Həminqiymətə avtobusla, minik maşınıyla yırğalana-yırğalanagetməkdənsə daha rahat və həm də təhlükəsiz mənzil başınaçatırsan.

Mən bu mövzuda yazı yazmaq istəmirdim.Amma son hadisə məcbur elədi ki, sözümü deyim.

Deməli, Gəncə-Bakı qatarı elektrikkəsintisi üzündən 7 dəqiqə gecikib. 7 dəqiqə. Yenə bəzi saytlar və xüsusi qüvvələr tərəfindən idarə olunansosial şəbəkə qrupları bundan elə birfaciə düzəldiblər ki, elə bil dünya dağılıb. Topa tutublar . İnsanlarda bir belə xılt, bir belə gözügötürməzlik, paxıllıqhardandı bilmirəm.

Bakı- Gəncə sürət qatarı ilk qaranquşdu. Bu ilk qaranquşa daş atmaq lazım deyil ey, pərvazlanmasını arzulamaq lazımdı.

Gəncə camaatının o qatarı necə sevinclə qarşılamaları sizi niyə belə yandırır?


NİCAT NOVRUZOĞLU


TƏQVİM / ARXİV