ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU: YAŞA

( " Bir qadına ... və Hamıya " silsiləsindən )

4510    |   2019-01-08 11:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Heç kim üçün üzülmə
Ürəyini sev , yaşat...
Mən cəhənnəm yolçusu -
Sən bu gölə bir daş at...

Duyğuların , dincliyin
Ömrünə naxış olsun...
İslandığın sevincdən -
Çilənən yağış olsun.

Nə qaşların çatılsın
Nə dodağın büzülsün...
Çaşıb qarşına çıxan -
Kədər özü üzülsün...

Tut üzünü Tanrıya
Mələk əllərini aç ...
Cənnətə qəlbin boyda -
Sən özün də işıq saş...

...Heç kim üçün üzülmə
Öz dünyanı seç , yaşa...
Ürəyini özünlə -
Götür, başa keç , yaşa!...




İmza:
SON XƏBƏRLƏR
2019-03-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.57%)
Yox (21.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK