adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Yanvar 2019 18:27
50637
MARAQLI
A- A+

Necə oldu ki, onlar uğur qazandılar?

Bu gün müvəffəqiyyətli olan heç kim həyat boyu uğur qazanmayıb. Məktəb həyatı hər kəs üçün əhəmiyyətlidir, lakin hər kəsin uğurlu olması əlbəttə ki, mümkün deyil. Məktəbdəki uşaqların uğursuzluqları onların gələcəyini dəqiq müəyyən etmir.

Adalet.az məktəb həyatında uğursuz olan məşhurları təqdim edir:

Tomas Alva Edison



Tomas Edison teleqrafı, telefonu, kino aparatını təkmillləşdirib, elektrik lampasını sənaye üsulu ilə istehsalını təşkil edib. O, həmçinin elektrovoz istehsalına başlayıb, fonoqraf kəşf etmişdir. Buna baxmayaraq onun məktəb həyatı uğursuz olub. Orta məktəbdə o, cəmi 3ay oxuyub, sonra isə məktəb rəhbərliyi tərəfindən uzaqlaşdırılıb. Lakin bu vəziyyət Edisonun kimyaya, fizikaya olan marağına təsir etməyib.

Albert Eynşteyn



Müasir nəzəri fizikanın yaradıcılarından biri, fizika üzrə Nobel mükafatı laureatı, eyni zamanda ən ağıllı elm adamı olaraq qəbul edilən Albert Enşteyn özünə qapalı, oyun oynamaqdan xoşlanmayan, 3 yaşına qədər danışa bilməyib. O, ilk məktəb illərində dərslərdə çox geridə qalıb, müəllimləri valideynlərinə Albertdən hər zaman şikayət edib və məktəbdən uzaqlaşdırılıb.

İsaak Nyuton



İngilis fiziki, riyaziyyatçısı, astronomu, ixtiraçısı, astronomu fəlsəfəçisi, kimyaçı alim olan İsaak Nyutonun Elmi inqilabın baş verməsində və heliosentrizmin inkişafında böyük rolu olub. Nyuton həmyaşıdları kimi hərəkətli deyildi, buna görə də dostları ilə oyun oynamağı xoşlamazdı. Onun da məktəb həyatı uğursuz olub.

Lüdviq van Bethoven



Dünya musiqi tarixinin ən görkəmli bəstəkarlarından biri Bethovendir. Avropa klassik musiqisində klassisizmdən romantizmə keçid dövrünün həlledici fiqurudur. Musiqisi özündən sonra gələn bəstəkarlar nəslinin formalaşmasında misilsiz rol oynamışdır. Spirtli içki aludəçisi olan atası 4 yaşından etibarən Bethovenə musiqi dərsi verməyə başlayıb. Buna baxmayaraqöyrənmə istəyi olmadığı səbəbiylə məktəbdən uzaqlaşdırılıb.


Bill Qeyts



Microsoft şirkətinin yaradıcısı, dünyanın ən varlı şəxslərindən biri, kompüter maqnatı, Microsoft koorporasiyasının banisi və sahibi olmasına baxmayaraq Billin də məktəb həyatı uğursuz olub.

Benjamin Franklin



Yüksək intellektə sahib olan Benjamin Franklin yazıçı, satirist, siyasi nəzəriyyyəçi, siyasətçi, poçtmeyster, alim, ixtiraçı, dövlət xadimi və diplomat kimi tanınmışdır. Elmdə elektrik və optika sahəsindəki tədqiqatları ilə tanınır. Benjamin Franklin ABŞ-ın baniləri arasında yeganə şəxsdir ki, Amerika Birləşmiş Ştatlarının yaranmasında əsas rol oynayan hər üç sənədə imza atmışdır. Bunlar ABŞ İstiqlal Bəyannaməsi koloniyasının müstəqillik uğrunda apardığı müharibəni bitirən 1783-cü il Versal sülh müqaviləsidir. Lakin bunlara baxmayaraq onun da məktəb həyatı uğursuz olub.

Maykl Jordan



Əfsanəvi basketbolçu kimi tanınan Maykl Jordan liseydə oxuduğu zaman məktəbin basketbol seçmələrinə qatılır, lakin qısa boylu və çəlimsiz olduğu üçün komandaya almırlar. Buna baxmayraq o, basketboldan ayrılmır.