adalet.az header logo
  • Bakı 11°C
08 Yanvar 2019 10:42
12826
DÜNYA
A- A+

Qar Türkiyədə məktəbləri bağladı

Türkiyənin 12 vilayətində güclü qar səbəbindən məktəblərdə dərslər dayandırılıb. Adalet.az-ın məlumatına görə, artıq 3 gündür ki, Türkiyədə aramsız qar yağır, İstanbulda güclü külək müşahidə olunur.

Türkiyənin Sivas, Amasiya, Çanaqqala, Balıkəsir, Bingel, Bitlis, Tünceli, Dənizli, Batman, Konya, İsparta və Ağrı kimi vilayətlərində məktəblərdə dərslər təxirə salınıb.

Qeyd edək ki, ötən gün yağan qar Van vilayətinin 295 yaşayış məntəqəsi ilə əlaqənin kəsilməsinə səbəb olmuşdu.

Xatırladaq ki, artıq neçə gündür ki, İstanbul və Bursada əlverişsiz hava şəraiti ilə əlaqədar dəniz reysləri də təxirə salınıb.