Əbülfət MƏDƏTOĞLU: ÖZ NAĞILLARINI YAŞAYAN VƏ YAZAN ŞAİR

ƏBÜLFƏT MƏDƏTOĞLU
49558 | 2019-01-07 17:09

İnsan hələ özünü dərk etmədiyi andan başlayaraq,dünyaya qəribə bir maraqla, qəribə bir nəzərlərlə baxır. Çünki hər şey onunüçün təzədi, tərdi. Hətta əlini yandıranköz də... qulaqları eşitdiyi söz də... üzünə zillənmiş göz də... Bax, bu sıranıdavam etdirsək, toxunduğu ilk oyuncaq da... duyduğu ilk hənir də, yanağınatoxunan dodaqlar da... təmasda olduğu torpaq da.... evdə yandırılan lampa da...hürən it də... banlayan xoruz da... səs-səsə verən quşlar da... ətir saçan çiçəklərdə... hətta içdiyi su da... Bütün bunlar o qədər maraqlı, o qədər qəribə gəlirki, özündən başqa heç kimin bunları gördüyünə inanmırsan və beləcə, hər şey səninüçün nağıllaşır və başlayırsan özünün ilk nağıllarını, ilk laylalarını, ilkbayatılarını, ilk qəhqəhələrini yaddaşına köçürməyə...

Yaddaşına köçənlərömrün boyu sənin yol-yoldaşın olur. Çünki sən o nağılların içərisindən keçib gəlmisən...Və öz nağıllar dünyanı qurmusan. Təbii ki, bu bir insanın, bir Allah bəndəsinindünyaya gəlişi ilə başlayan nağıldır. İllər keçir, həmin nağıl duyumu, fəhmi,istedadı, sözlə yaşamaq fərasəti və qabiliyyəti olanlar tərəfindən gerçəknağıllara çevrilir... hamının dinləyəcəyi, hamının oxuyacağı nağıllara. Bax, həminnağılların həm qəhrəmanı, həm də bizə danışanları arasında Sizin yeriniztamam fərqlidir. Çünki Sizin özünüzün budünyaya gəlişiniz etiraf etdiyiniz kimi - BİR NAĞIL İDİ... Axı o nağılı Sizyaşayıb, Siz sözə çevirmisiniz və yazmısınız ki:

Bu necə atəşdiyanır içimdə,

Bu oddan alışır,yanır içim də...

Yanğıma səpməyəsu tapılmayır,

Sonuncu nəğməsinson nəfəsində

Sondəfə oxuyan Qu tapılmayır.

Məno son nəfəsində o son nəğmənin də, hətta tapılmayan Qu quşunun da nə olduğunu,hansı anlamı verdiyini, hansı sözün qatlarında qərar tutduğunu az-çox bilirəm.Ona görə də bu nağıla axıra kimi qulaq asıram - özü də təkcə səbrlə yox, həm dəmaraqla. Elə düşünməyin ki, göydən düşəcək üç almanı gözləyirəm. Yox! Bizimalmalar artıq üç deyil, altmışdı, altmış beşdi. Və deməli, onların nə vaxt silkələnib töküləcəyiTanrı əlindədi. Əgər ömür ağacının budaqları o almaları saxlaya bilsə... Deməli,nağıllarımız seriallar kimi davamlıdır. Çünki:


Bir vaxt necə bəxtəvərdim,

Xoşbəxtlikdətayım yoxdu...

Ata, ana, qardaşsağdı...

... Ta onlarlıayım yoxdu.


Köçüb neçədost-tanışım,

Eh... nəqaldı... nə danışım.

Dünyayla küsüm,barışım?

Yaşamağa hayımyoxdu...


Mən bu şeirə onagörə istinad edirəm ki, köçənlərin xatirəsiniürəyimizdə və çiyinlərimizdə daşımaq da bizim üzərimizə düşür. Üstəlik, oğul-uşaq, nəvə-nəticə haqqı da bu yükə naxışvurur, özü də göz oxşayan, könül sevindirən naxış. Ona görə də dünyaya gəlişinağıl olan Allah bəndəsinin, xüsusilə söz sərrafı şairin məsuluyyəti də, çəkdiyiyük də ağır və böyük olur. Yazımın bu nöqtəsində onun nağıl dünyasından qopubyanına, görüşünə gəlirəm, üzbəüz dayanıram. Həmişə təmkinli və son dərəcə də məntiqlifikirlərilə mənə doğma olan, ruhumu ifadəmdən, hərəkətimdən dəyərləndirən Asimmüəllimlə tanışlığımızın ilk anına nəzər yetirirəm. Və həmin anda xatırlayıramki, söz adamları, şairlər ruhən qardaşdılar, doğmadılar. Ona görə də AsimYadigarla mənim qardaşlığımın, dostluğumun yaşı sözə könül verdiyim andanbaşlayır. Bu hesabla ifadə etsəm, ən azı 50 yaşı var bu dostluğun, qardaşlığın.Və həmin o yarım əsri də biz öznağıllarımızla şeirləşdirmişik.

Bu gün 65yaşının kürəyini yerə vuran Asim müəllim mənim üçün tək qardaş, dost deyil. O həmdə Azərbaycan ədəbiyyatında sözünü göyərdən, sözünün diri qalmasını təmin etməyibacaran USTAD şairdi. Ona görə də mən onun 65 yaşına içimdən gəlib keçənlərinhamısını yazmaqda çətinlik çəkirəm. Onun barəsində yazılanların, deyilənlərinsırasında mənim yazdığım, dediyim çox kiçikdi. Bunu tam mənasıyla anlayıram. Busəbəbdən də nə Asim müəllimin kitablarının, əsərlərinin adını çəkirəm, nə dəonlara ədəbiyyatşünas qiyməti verirəm. Mən çox dəqiq də bilirəm ki, onunsözünün, kitabının qiymətini ədəbiyyat tariximiz verəcəkdi. Mən isə bu yubileygünlərində dostum-qardaşım Asim Yadigarla ən xoş arzularımı, ən xoş istəklərimi,Tanrıya çatacaq dualarımı bölüşürəm. Və demək istəyirəm ki, qardaş, özünyazmısan:


Sənə, mənə dərditanış, kədəri tanış,

Dörd bir yanaçapdığımız kəhəri tanış,

Ayı, günü, həraxşamı, səhəri tanış

Bərk tutmuşuq ətəyindən- ətəkdi dünya.


Duyğusuzlar duyabilmir - duyğusu vardır

Tanrı qurub,pozulmayan qurğusu vardır.

Ürək kimidöyünür o, vurğusu vardır,

Ürəkliyə, ürəksizəürəkdi dünya.


Bəli qardaşım,bu misralardan, bu fikirlərdən sonra bir anlıq mən də düşündüm:

- Bizimdünyamız elə bizim ürəyimizdir!.. Bütün əlamətləri,bütün cizgiləri, bütün yaşantılarıyla birlikdə. Mənim ürəyimin yaşantılarınınbir fərqlənən, sevilən qəhrəmanı da Sizsiniz! 65 yaşınız mübarək olsun!

TƏQVİM / ARXİV