adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
07 Yanvar 2019 16:27
11822
İDMAN
A- A+

“Mənə dedi ki, komandamda qızılbaş olmalıdır” - Maksimov Lobanovski haqda

"Keşlə”nin sabiq çalışdırıcısı Yuri Maksimov əfsanəvi məşqçi Valeri Lobanovski haqda xatirələrini bölüşüb.

Qol.az-ın "Komanda 1” saytına istinadən yaydığı xəbərə görə, ukraynalı məşqçi əvvəlcə dünən 80 illik yubileyiolan mərhum mütəxəssislə tanışlığından söz açıb:

"Lobanovski ilə Kiyev "Dinamo”suna növbəti qayıdışından sonra təlim-məşq toplanışı zamanı tanış olduq. Mənə dedi ki, gərək, komandamda qızılbaş futbolçu olsun. Bəlkə də buna görə məni saxladı. Amma ciddi mənada, ilk baxışdan onun inanılmaz dərəcədə intizamlı olduğunu gördüm”.

Maksimov Lobanovskinin başçılığı altında ən yaddaqalan oyunun "Barselona”ya qarşı olduğunu bildirib: "Ən unudulmaz matçımız Çempionlar Liqasının qrup mərhələsində "Barselona” ilə Kiyevdə keçirdiyimiz görüş olub. Heç vaxt yadımdan çıxmaz, stadion ağzına kimi dolu idi. Oyuna 100 mindən çox azarkeş gəlmişdi”.

50 yaşlı məşqçi "Dinamo”dan ayrıldığı zaman Lobanovski ilə yarım saatlıqsöhbətini də xatırlayıb: "Əlbəttə, onunla heç vaxt səmimi söhbətimiz olmayıb. Yalnız 1997-ci ildə, komandadan getməyə hazırlaşdığım vaxt, təxminən yarım saat danışdıq. Ona dedim ki, ölkə xaricinə getmək, özümü Avropanın başqa çempionatında sınamaq istəyirəm. Əvvəlcə məni fikrimdən daşındırmağa çalışsa da, sonradan başa düşdü. Çünki özü də ölkə xaricində işləmişdi. Nəticədə biz normal şəkildə söhbət etdik, heç bir narazılıq olmadan "Dinamo”dan "Verdər”ə keçdim”.

Qeyd edək ki, Lobanovski 1973-1982, 1984-1990 və 1997-2002-ci illərdə "Dinamo”nu çalışdırıb.