adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
07 Yanvar 2019 13:02
5930
GÜNDƏM
A- A+

Azərbaycan Türkiyədən nə qədər silah alıb?

Azərbaycan 2018-ci ildə Türkiyə istehsalı olan müdafiə və aviasiya məhsullarının alışını 85,7% artırıb.

Adalet.az yerli mətbuata istinadən xəbər verir ki, Türkiyə İxracatçılar Assambleyasının (TİM) məlumatında deyilir: "Əgər 2017-ci ildə Azərbaycanın Türkiyədən aldığı müdafiə və aviasiya məhsullarının qiyməti 34,143 milyon dollar təşkil etmişdisə, 2018-ci ildə bu göstərici 63 milyon 409 min dollara bərabər olub.

Ümumilikdə, Türkiyə ötən il 2 milyard 35 milyon dollarlıq müdafiə və aviasiya məhsulu ixrac edib ki, bu da bir il əvvəlki analoji göstəricidən 17% çoxdur.