adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
07 Yanvar 2019 12:15
14000
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: ŞƏKİLLƏ SÖHBƏT

Xəbərin varmı sənin
dərd sinəmdə baş yarır...
Səhərlərim dərd ilə -
vuruşmaqla başlayır...

İçimdəki döyüşü
köçürürəm günümə...
Təkcə xəyallar çatır -
harayıma , ünümə ...

Bu tənhalıq , bu təklik
küt xəncərdi canımda...
Ümid səpib bir ləklik -
görün . hərdən yanımda!...

Gözümə işıq gəlsin
dərdlərimi çinləyim...
Şəkillərin nağılın -
gecə , gündüz dinləyim!...