adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
07 Yanvar 2019 19:32
15864
MARAQLI
A- A+

Klassik avtomobillər sertifikatlaşdırılacaq

Azərbaycanda klassik avtomobillər sertifikatlaşdırılacaq.

Adalet.az-ın məlumatına görə, bu, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019 – 2023-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Sənədə əsasən, Nazirlər Kabineti 2019-2020-ci illərdə Daxili İşlər Nazirliyi və Azərbaycan Avtomobil Federasiyası ilə birlikdə klassik və yarış məqsədli idman avtomobillərinin sertifikatlaşdırılmasını və dövlət qeydiyyatı qaydalarını müəyyən etməlidir.