adalet.az header logo
  • Bakı 19°C
07 Yanvar 2019 10:06
10673
İDMAN
A- A+

Türk futbolçu rekord məbləğə “Liverpul”a gedir

Türkiyənin "Trabzonspor" klubunun ulduz futbolçusu Əbdülqədir Ömür rekord məbləğə İngiltərə nəhəngi "Liverpul"a transfer olunması iddiaları haqda danışıb.

Adalet.az xəbər verir ki, 19 yaşlı ulduz son qərarı klubunun verəcəyini deyib.

"Liverpul" dünyanın ən böyük klublarından biridir. Bu transferlə bağlı qərarı klublar verəcək. Klubum "get" desə, gedəcəyəm", - o bildirib.

Qeyd edək ki, "Liverpul"un Əbdülqədir Ömür üçün "Trabzonspor"a 30 milyon avro təklif edəcəyi deyilir.