adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Yanvar 2019 15:29
12626
DÜNYA
A- A+

Rusiya və İran Xəzərdə birgə təlimlər keçirəcək

Rusiya və İran Xəzər dənizində birgə hərbi təlimlər keçirəcək.

Adalet.az xəbər verir ki, bu barədə İran ordusunun dəniz qüvvələrinin komandanı, admiral Hüseyn Hanzadi bildirib.

Onun sözlərinə görə, birgə təlimlər taktiki-xilasetmə və dəniz piratçılığına qarşı əməliyyatlardan ibarət olacaq. Hanzadi təlimlərin vaxtını açıqlamayıb.