adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Yanvar 2019 15:08
11293
İDMAN
A- A+

“Qarabağ” klubu Türkiyəyə yollandı

"Qarabağ” klubu qış-təlim məşq toplanışı üçün Antalyaya yollanıb.

Adalet.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu gün səhər saatlarında Türkiyəyə yola düşüb. Qurban Qurbanovun kollektivi qardaş ölkədə 3 həftəlik hazırlıq keçəcək.

Qeyd edək ki, "Qarabağ” Antalyada olduğu müddətdə 5 yoxlama oyununda gücünü sınayacaq. Yanvarın 12-də Rumıniyanın "Botoşani”, 16-da Özbəkistanın "Paxtakor”, 19-da Çexiyanın "Bohemians”, 23-də Polşanın "Piast”, 26-da isə Ukraynanın "Şaxtyor” (Donetsk) klubları ilə qarşılaşacaq.