adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
06 Yanvar 2019 14:51
7760
HADİSƏ
A- A+

Sumqayıtda yanğın baş verib

Sumqayıtda ofis kimi fəaliyyət göstərən tikilidə və ona bitişik kafedə yanğın olub.

FHN-dən Adalet.az -a verilən məlumata əsasən, şəhərdə ümumi sahəsi 54 m² olan tikilinin (ofis kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisində 1 ədəd məişət avadanlığı, ona bitişik ümumi sahəsi 70 m² olan kafenin lambirdən ibarət tavanı 10 m² sahədə yanıb.

Kafenin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​