adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Yanvar 2019 13:07
5174
HADİSƏ
A- A+

Gəncədə evdən qadın meyiti tapılıb

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

Adalet.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunmuş Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü İmanova Siyarə Həsən qızının meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.