adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
06 Yanvar 2019 15:14
13692
DÜNYA
A- A+

Taylandda turist avtobusu aşıb - Ölənlər var

Taylandda ikimərtəbəli turist avtobusunun qəzaya uğraması nəticəsində ən azı 6 nəfər ölüb.

Trend-in məlumatına görə, Patumthani vilayətində baş verən qəzada 50-ə yaxın turist yaralanıb. Qəza avtobusun Banqkoka getdiyi zaman yerli vaxtla 03:20-də baş verib.

Qəza yağışlı hava şəraitinə baş verib. KİV-lərin verdiyi məlumata əsasən, sürücü digər nəqliyyat vasitəsi ilə toqquşmadan yayınmaq üçün qəfildən əyləcə basıb və nəticədə avtobus aşıb.

Ölənlər arasında dörd qadın, bir kişi və körpə var. Yaralananlar yaxınlıqda yerləşən xəstəxanalara çatdırılıb.