adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Yanvar 2019 12:30
11103
İDMAN
A- A+

Maradona xəstəxanadan çıxdı: Həyatıma heç bir təhlükə yoxdur

Əfsanəvi argentinalı futbol ulduzu, 1986-cı il dünya çempionu Dieqo Maradona müalicə olunduğu xəstəxanadan buraxılıb.

Adalet.az-ın məlumatına görə, D.Maradona Argentinanın paytaxtı Buenos-Ayresdə ötən gecə xəstəxanaya yerləşdirilmişdi.

Onun mədə qanaxmasından əziyyət çəkdiyi məlum olmuşdu.

Bir gecə xəstəxanada qaldıqdan sonra ulduz evə buraxılıb. O, jurnalistlərə verdiyi açıqlamada həyatına heç bir təhlükənin olmadığını deyib.