Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | İsrail “Avroviziya” qonaqlarını çadırlarda yerləşdirəcək Adalet.az | İsrail “Avroviziya” qonaqlarını çadırlarda yerləşdirəcək Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ŞOU-BİZNES

İsrail “Avroviziya” qonaqlarını çadırlarda yerləşdirəcək

2863    |   2019-01-04 17:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Təl-Əviv meriyası 2019-cu ilin mayında "Avroviziya” müsabiqəsi üçün İsrailə gələcək minlərlə qonaq və azarkeşi çadır şəhərciyində yerləşdirmək niyyətindədir.

Hökumət müsabiqənin keçiriləcəyi meydanın yaxınlığında yerləşən "Xa-Yarkon” parkında çadır şəhərciyinin qurulması üçün tender elan edib.

Çadırlar komfort səviyyəsindən asılı olaraq 3 qiymət kateqoriyasına uyğun şəkildə qurulacaq.

Yatmaq üçün yerlərdən əlavə müvəqqəti şəhərciyin ərazisində şənliklərin keçiriləcəyi meydançanın, sürətli qidalanma zonasının, velosipedlərin icarəyə verildiyi punktların yaradılması nəzərdə tutulur. "Avroviziya”nın keçiriləcəyi məkana insanların xüsusi avtobuslarla daşınması həyata keçiriləcək.

Ən vacib məsələ olan qonaqların mühafizəsi işi polis və Milli Təhlükəsizlik Xidmətinə həvalə olunacaq. Bu prosesdə həmçinin xüsusi mühafizə şirkətlərinin xidmətindən istifadə ediləcək.

Müsabiqənin başa çatmasından sonra çadır şəhərciyi LGBT paradının iştirakçılarını qəbul edəcək.




İmza:
SON XƏBƏRLƏR
2019-01-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK