adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 Yanvar 2019 17:46
25577
ŞOU-BİZNES
A- A+

İsrail “Avroviziya” qonaqlarını çadırlarda yerləşdirəcək

Təl-Əviv meriyası 2019-cu ilin mayında "Avroviziya” müsabiqəsi üçün İsrailə gələcək minlərlə qonaq və azarkeşi çadır şəhərciyində yerləşdirmək niyyətindədir.

Hökumət müsabiqənin keçiriləcəyi meydanın yaxınlığında yerləşən "Xa-Yarkon” parkında çadır şəhərciyinin qurulması üçün tender elan edib.

Çadırlar komfort səviyyəsindən asılı olaraq 3 qiymət kateqoriyasına uyğun şəkildə qurulacaq.

Yatmaq üçün yerlərdən əlavə müvəqqəti şəhərciyin ərazisində şənliklərin keçiriləcəyi meydançanın, sürətli qidalanma zonasının, velosipedlərin icarəyə verildiyi punktların yaradılması nəzərdə tutulur. "Avroviziya”nın keçiriləcəyi məkana insanların xüsusi avtobuslarla daşınması həyata keçiriləcək.

Ən vacib məsələ olan qonaqların mühafizəsi işi polis və Milli Təhlükəsizlik Xidmətinə həvalə olunacaq. Bu prosesdə həmçinin xüsusi mühafizə şirkətlərinin xidmətindən istifadə ediləcək.

Müsabiqənin başa çatmasından sonra çadır şəhərciyi LGBT paradının iştirakçılarını qəbul edəcək.