adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
04 Yanvar 2019 17:12
19407
MƏDƏNİYYƏT
A- A+

Sirk tamaşaçıları üçün yaş həddini 18-dək artırmaq təklif edilir

Rusiyanın Leninqrad vilayətinin Qanunverici məclisinin deputatı Vladimir Petrov sirk tamaşaçıları üçün yaş həddini 18-dək artırmağı təklif edib.

Trend-in məlumatına görə, deputat müvafiq müraciəti mədəniyyət naziri Vladimir Medinskiyə göndərib.

V.Petrov bildirib ki, müasir dünyada heyvanlarla, xüsusilə də kütlə qarşısında nümayişlər zamanı insaflı davranmaq təbliğ olunur: "Artıq İspaniyada öküzlərin ölümü ilə başa çatan korrida döyüşlərindən tədricən imtina olunur".

O əlavə edib ki, Rusiyada təlimlər zamanı sirk heyvanlarına qarşı kobud hərəkətlər davam edir: "Bu, tamaşaçılara, xüsusilə uşaqların psixikasına mənfi təsir edə bilər. Buna görə də problemin həllində ilk addım yaş həddinin artırılması ola bilər".