adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 Yanvar 2019 15:15
6814
MƏMLƏKƏT
A- A+

Azərbaycanda milli parklara səfər edən yerli və xarici turistlərin SAYI açıqlanıb

Azərbaycanın milli parklarına ötən il ərzində səfər edən yerli və xarici turistlərin sayı açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, 2018-ci il ərzində ümumilikdə 79 997 turist səfər edib, bunların 72 519-u yerli, 7 478-i isə xarici vətəndaş olub.

Qeyd edək ki, ölkəmizdə 10 milli park fəaliyyət göstərir.

Milli parklara səfər etmək istəyənlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet saytının "xidmətlər" bölməsinə daxil olub istədikləri milli parka onlayn şəkildə və ya milli parkların giriş məntəqələrindən bilet əldə edə bilərlər.