adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Yanvar 2019 13:52
13887
İQTİSADİYYAT
A- A+

Bu ay Azərbaycana yarım milyard dollar veriləcək

Bu il neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən bonus ödənişləri 450,1 milyon dollar və ya 765,17 mln manat təşkil edəcək.

Bu, Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin layihəsi ilə bağlı Rəydə əksini tapıb.

Rəydə qeyd edilib ki, 14 sentyabr 2017-ci il tarixli "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazış”in ("AÇG HPBS”) 29.2-ci maddəsinə əsasən 2018-2025-ci illər ərzində ümumilikdə 3,6 mlrd. dollar məbləğində vəsaitin ödənilməsi nəzərdə tutulur. Bonus məbləğinin ikinci hissəsinin - 450 milyon dollar və ya 765 milyon manatın 31 yanvar 2019-cu il tarixində ödənilməsi nəzərdə tutulur.

Bununla yanaşı, 2019-cu il üzrə Şah-Dəniz yatağında Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən Şahdəniz fazası üzrə 100 min dollar və ya 170 min manat məbləğində bonus ödənişlərinin edilməsi proqnozlaşdırılır.(BakuPost)