adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Yanvar 2019 13:29
12951
DÜNYA
A- A+

Türkiyədə aviareyslər təxirə salındı

Türkiyənin İstanbul şəhərində güclü qar yağması ilə əlaqədar daxili və beynəlxalq aviareyslər təxirə salınıb.

Adalet.az-ın məlumatına görə, kəskin hava həm Atatürk, həm də Sabiha Gökçen hava limanlarında uçuşlara təsir edib.

Qeyd olunur ki, daxili reyslərdən İstanbul-Ərzurum, İstanbul-Giresun, İstanbul-Sinop və İstanbul-İzmir reysləri baş tutmayıb.

Bundan başqa, İstanbul-Saloniki və İstanbul-Koşitse beynəlxalq reysləri təxirə salınıb.