Faiq QİSMƏTOĞLU: QUZU

FAİQ QİSMƏTOĞLU
41674 | 2019-01-05 10:24

... Eləbir adam olmaz ki, quzudan xoşu gəlməsin. Yadıma Mirzə Cəlilin "Quzu”hekayəsi düşür. Və o hekayədə çox maraqlı bir səhnə gözümün önünə gəlir: çətinvəziyyətdə dolanan və bütün günü əzab-əziyyət çəkən kəndli bəyin həyətində şənlikolduğunu görüb arıq bir quzusunu götürüb gəlir ora. Bəyin də həyətindəçal-çagır, vur-çatlasın! Yəni bəy qarışıq hamı başını itirib. Pulu alır, quzuya da baxan olmur vəgötürüb gəlir öz evinə. Üç dəfə Qurbanəli bəydən o quzunun pulunu alır.

...Vəaxırıncı dəfə də o pulu almaq istəyəndə Qurbanəli bəy hirslənir, xəncəriçıxarır və cumur kəndlinin üstünə. Deyir ki, nəquzu? Quzu köpəyoğlu, sən köpəyoğlu, bu dəqiqə xəncəri çıxarıb qarnınasoxaram! Yanındakı nökərlər birtəhər onu sakitləşdirir. Kəndli isə yenidənşirin dilini işə salır və bildirir ki, ay bəy, yüz elə quzu sənə qurban olsun.Amma sən quzunun pulunu verməmisən. Düzdür, cibindın bir üçlük çıxardın. Amma mənəyox, kamança çalan Akopa verdin...

Bəy səndirləyibirəli-geri gedir. Və axırda döş cibindən üç manat çıxarıb kəndliyə verir vəucadan deyir: "Bax, verdim ha! Bir də qabağımıkəsmə!”. Kəndli üçüncü dəfə də pulu alıb sevinə-sevinə ailəsinin, külfətininyanına qayıdır...

Axı,quzudan danışırıq. Biz universitetdə oxuyanda bir müəllimimiz vardı. Allah rəhməteləsin! Qızlara "quzu balası” deyırdi. Mənim bir qonşum var- Dadaşov, o da işidüşən adamın qabağını kəsir, şirin diliniişə salır və deyir ki, sənə mələməmişquzu kəsim! Elə ki, həmin adamın əli aşağı oldu, ona kömək eləmədi,qonşum nə əvvəlki "quzu kəsdiyi” adama salam verər, nə də hal-əhval tutar. Kişizəmanə adamıdı da. Bundan artıq nə gözləmək olar?!

Bir dəfəicra başçılarından biri qonşu rayonun icra başçısına deyir ki, mənə ikiillikbir quzu tap! Bunu da ona görə deyir ki, görsün bu başçı quzu ilə toğlunutanıyır, yoxsa tanımır. Başçı yaylağa adam göndərir, kəndlərə sifariş eləyir,hamısı da deyir ki, müəllim, quzu var ey, amma ikiillik quzu yoxdur. Başçı dahirslənir və hövsələdən çıxır: "Nətər olur ə, ikiillik quzu yoxdur. O yekəlikdəkişi ağlın itirib? Siz də danışırsınız ki, ikiillik quzu yoxdur”.Yanındakılardan kimsə cürətlənib dillənir: "Müəllim, yəqin kimsə sizləzarafatlaşıb. Vallah, quzu altı aylıq olar, yeddi aylıq olar, uzaqbaşı doqquzaylıq olar. Tay ikiillik quzu heç vaxt olmaz. O, qartımış, qocalmış qoyunolar”. Başçı daha da hirslənir və deyir ki, bilmirəm, ikiillik quzu gətirin.Axırda o zəng vurub o biri başçıya. Deyir ki, vallah müəllim, quzu var ey,ikiillik quzu yoxdur. O başçı da gülür vədeyir: "A kişi, mən səninlə zarafat eləyirdim. Bilmirsən ki, ikiillik quzuolmaz?!”

... İndibu quzu ki, var, lap matağa minib. Ümumiyyətlə, quzu əti həmişə çətin tapılanolub. Yeni il qabağı da Bakıda quzu ətinin bir kiloqramını 14 manatasatırdılar. Bu bahalaşmaya bir çoxları çox qəribə baxır. Ancaq qəribə baxmağaheç bir ehtiyac yoxdur. Bu belə də olmalıydı. Hərçənd ki, Kənd Təsərrüfatı Nazirliyindən bildirirlər ki,bayramla əlaqədar olaraq quzu ətinin qiyməti bahalaşıb. Qəssablar isə başqa cürdeyirlər. Məsələn, onlar deyirlər ki, quzu ətinin qiyməti bayramda deyil,bayramdan bir ay qabaq qalxıb.

İndi gəlin,papağımızı qoyub qarşımıza yaxşı-yaxşı düşünək: balam, bu quzu ətinin qiymətiniyə belə kəllə-çarxa çıxıb?! Hələ o biri bayramlarda qiymət daha da qalxacaq.Çünki otlaq sahələri, örüşlər azalıb. Əksər sahələrdə pambıq əkilib. Pambıq əkilibsə,bu bədbəxt oğlu kəndli mal-qoyununu harda otarsın? Belə də olanda əvvəllər örüşsahəsi olanda çoxlu mal-qara saxlayan kənd adamları otlaq sahəsi azaldığına görə,mal-qoyunları ya satırlar, ya da az saxlayırlar. Üstəlik də, yemin və otun qiymətiqalxıb.

Heç kəndlinidüşünən yoxdu ey! Kənd Təsərrüfatı Nazirliyinin "islahatları” isə gözdən pərdəasmaqdan başqa bir şey deyil. Kəndliyə söz yox, şərait yaratmaq lazımdır. Yənionların əl-qolunu bağlamaqla, örüşlərini əlindən almaqla hara getmək olar? Vədverilir, söz deyilir və o vəd də, o söz də elə yerində qalır. Kəndlinin əlindənotlaq sahəsini, örüşü alıb hər tərəfdə pambıq əkəndə elə belə də olacaq...

... Hələqabaqdan soyuq aylar gəlir. Və soyuq aylarda yemin, otun bir qədər də bahalaşmaehtimalı var. Əgər yem, ot bahalaşacaqsa, deməli, mal, qoyun və quzu əti dəqalxacaq. Tay gedib bu kəndlini söyüb-döyməyin və incitməyin nə mənası var? Əgərbir yerdə ki, kəndliyə yaxşı şərait, əlverişli imkan yaradılmırsa, onda hansıucuzlaşmadan və bolluqdan danışmaq olar. Ucuzlaşma olmaq üçün ilk növbədəbolluq olmalıdır. Və bu bolluqda da istər-istəməz bazara çıxarılan həmiribuynuzlu, həm də xırdabuynuzlu heyvanların qiyməti ucuz olacaq.

Kim istəməzki, quzu əti yeməsin?! Quzudan hamının xoşu gəlir. Hətta "Uşaqlığın son gecəsi”filmində ət kombunatında işləyən fəhlə də istəmir ki, o quzunu bıçaq altınagöndərsin. Həmin kişi quzunu götürüb verir xanıma. O da xahiş eləyir, dostu ətkombinatından quzunu çıxarır və verir qıza.

"Quzum mənim”deyən şairlər gözəlləri o quzuya bənzədir, ona sığal çəkir, söz qoşur və ən nəhayət,ceyrana, marala, cüyürə bərabər tutur. Quzularsızsa insanlar çox kasıb görünürlər.Hər halda, quzularımız azalıb, qiymətlərsə qalxıb. Allah axırını xeyir eləsin! Təki azalan quzu olsun, qalanişlərimiz düzəlsin. Görəsən, düzələcəkmi?!


TƏQVİM / ARXİV