adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
04 Yanvar 2019 11:58
4630
GÜNDƏM
A- A+

“Azərenerji”nin yeni mətbuat katibi: “Bir müddət keçsin, sonra danışım”

"Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi vəzifəsinə təyinat alan jurnalist Teymur AbdullayevModern.az-la ilk təəssüratlarını bölüşüb.

T.Abdullayev təyinatını ilk günləri olduğundan geniş danışmaq istəməyib:

"İşə yeni başlamışam. Müəyyən müddət keçsin, fəaliyyətimiz görünsün, sonra danışaq”.

Mətbuat katibi jurnalistlərlə qarşılıqlı əməkdaşlıq şəraitində çalışacağını vurğulayıb.

Teymur Abdullayev əvvəllər "Şərq”, "Hürriyyət”, "P.S” və digər qəzetlərdə işləyib.
O, 2009-cu ildən 2013-cü ilin noyabrınadək Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini vəzifəsində çalışıb və mayor rütbəsinədək yüksəlib.

Daha sonra İctimai Televiziyada İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri - mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.