adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Yanvar 2019 10:18
23086
HÜQUQ
A- A+

Bu gün Gəncə hadisələrinə görə məhkəmə başlayır

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Gəncə hadisələri ilə bağlı həbs edilən 11 nəfər - Maarif Hacıyev, Şahlar Rzayev, Ruslan Həsənov, Tural Bayramov, Nizami Əkbərov, Kamal Məhərrəmov, Seymur Əliyev, Toğrul Verdiyev, Orxan Yağnəliyev, Araz Həsənov və Vaqif Əşrəfovun cinayət işi üzrə məhkəmə iclası başlayır. Onların 10 iyul aksiyasında iştirakda ittiham olunduğu deyil.

Adalet.az "Report”a istinadən xəbər verir ki, hakim Faiq Mahmudovun sədrliyi ilə keçiriləcək hazırlıq iclası saat 14:00-da başlayacaq.

Cinayət işində 17 zərərçəkmiş var.


Xatırladaq ki, iyulun 3-də saat 20:30-da Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında icra başçısı Elmar Vəliyevə silahlı hücum edilib. Cinayəti törətmiş 1983-cü il təvəllüdlü Yunis Səfərov dərhal saxlanılıb və hadisə yerində olan polis əməkdaşları tərəfindən tərk-silah edilib.

10 iyulda isə Gəncədə 150-200 nəfərdən ibarət olan dini radikallar qrupu tərəfindən təşkil edilmiş qarışıqlıq zamanı iki polis zabiti - Gəncə Baş Polis İdarəsinin rəis müavini, polkovnik İlqar Balakişiyev və Gəncənin Nizami Rayon Polis İdarəsinin rəis müavini, polkovnik-leytenant Səməd Abbasov həlak olublar.

Rəsmi məlumatlara görə, Gəncə hadisələri ilə bağlı 77 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 11 nəfər haqqında axtarış elan edilib.