adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
03 Yanvar 2019 18:05
5459
MƏMLƏKƏT
A- A+

Paytaxtın əsas avtomagistrallarında sürət həddi endirildi - Yağışa görə

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Zığ dairəsi Hava limanı istiqamətində də sürətlər endirilib.

Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik.