adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
03 Yanvar 2019 17:45
11119
İDMAN
A- A+

“Qalatasaray” 2 futbolçu ilə yollarını ayırır

"Qalatasaray” futbolçuları Sərdar Əziz və Ərən Dərdiyokla yollarını ayırır.

Adalet.az-ın xəbərinə görə, bu barədə İstanbul təmsilçisinin baş məşqçisi Fateh Terim klubun rəsmi İnstaqram səhifəsinə açıqlamasında məlumat verib:

"Sərdarı da, Ərəni də çox istəyirəm və onların karyeralarına, istedadlarına hörmət edirəm. Ancaq bundan sonra bərabər çalışmağımız mümkün olmayacaq. Bizə uyğun futbolçular olmadıqlarını düşünürəm. Bu, bir günlük, bir oyunluq mövzu deyil. Mövsümün qalan hissəsində bizimlə olmayacaqlar. Yolları açıq olsun”.