Yeni ildə azərbaycanlılar daha çox hansı ölkələrdə dincəliblər?
Bayram günlərində xaricə səfər edən yerli sakinlər daha çox Türkiyə və Gürcüstana üstünlük veriblər.
Adalet.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, Azərbaycandan Dubaya səfər edənlərin sayı azalıb:
"Ənənəvi olaraq yerli sakinlər bayramda daha çox, Türkiyə, Gürcüstan, Avropa ölkələri və Dubaya səfər ediblər. Ötən illə müqayisədə Dubaya səfər edənlər azalıb, Gürcüstana səfər edənlər isə çoxalıb".
Assosiasiya sədri bayram günlərində ölkəyə gələn xaricilər barədə də danışıb:
"Bayram günlərində Səudiyyə Ərəbistanı, Küveyt və Qətərdən ölkəmizə səfər edən turistlərin sayında çoxluq var. Şərq ölkələri ilə yanaşı, Rusiyadan da çoxlu sayda turist gəlib. Azərbaycana gələn əcnəbilər paytaxtla yanaşı, ən çox Qəbələyə səfər edib".
Digər Xəbərlər
19 Aprel 2024 19:37
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb - FOTOLAR
19 Aprel 2024 17:22Vilayət Eyvazov Kollegiya iclası keçirdi - FOTOLAR
19 Aprel 2024 11:19İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
19 Aprel 2024 10:17“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
18 Aprel 2024 15:06